Ağdaşda narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar
09.01.2022 [15:10]
Xəbərin mətni
Ağdaş Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Ağdaş rayon sakini Elşən Kərimov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından o, bölməyə gətirilib. E.Kərimovun marixuana qəbul etməsi təyin olunan ekspertiza nəticəsində sübuta yetirilib.