Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə silah-sursat aşkar edilib

10.01.2022 [10:15]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.