Xəzər rayonunda 18 min manatlıq 136 ədəd dəmir barmaqlıqlar oğurlanıb
10.01.2022 [10:18]
Xəzər rayonu Buzovna-Zaqulba yolunun kənarında yerləşən yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlıq 1-5 yanvar tarixləri arasında naməlum şəraitdə oğurlanıb. Bu barədə müvafiq dövlət qurumundan polisə şikayət daxil olaraq ümumilikdə hadisə nəticəsində yol infrastrukturuna 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.