Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nardaranda 5 minlik təmir-tikinti ləvazimatları oğurlayan usta və tanışları saxlanılıblar

10.01.2022 [11:24]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Cavidan Namazov tanışları Tural Həşimoov və Nihat Əliyev tutulublar. Araşdırma zamanı onların qeyd edilən bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI