Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

11.01.2022 [10:19]

Xəbərin mətni

İmişli rayonunda yol qəzasında minik avtomobili piyadanı vurub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza İmişli şəhər Heydər Əliyev prospektində qeydə alınıb. İmişli sakini 1997-ci il təvəllüdlü Babazadə Orxan Ələddin oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən piyada digər rayon sakini 1963-ci il təvəllüdlü Sarıyev Nizam Hüseyn oğlunu vurub. Hadisə nəticəsində xəsarət alan piyada ölüb.Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR VİDEOLARI