SİYASƏT


Mövlud Çavuşoğlu: Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq

Qazaxıstanda barış və sabitliyin qorunması bölgə və təşkilatımız (Türk Dövlətləri Təşkilatı) üçün olduğu kimi, qlobal sülhün qorunması üçün də xüsusi əhəmiyyət daşıyır. Qazax xalqı da mövcud problemlərin həlli istiqamətində birlik və bərabərlik nümayiş etdirmək iqtidarındadır. Türk Dövlətləri Təşkilatı olaraq ortaq mesajımız budur: “Biz türk dünyası olaraq Qazaxıstanın yanındayıq. Qazaxıstana dəstəyimiz tamdır”.