Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qala qəsəbəsində rabitə kabelini oğurlayan şəxs saxlanılıb

12.01.2022 [14:05]

Xəbərin mətni

Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Mərkəzdən daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI