SİYASƏT


Prezident İlham Əliyev: Biz bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər

Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistin Ermənistanın zaman-zaman törətdiyi təxribatlar, baş verən ciddi toqquşmaların bir daha baş verməməsi üçün Azərbaycanın hansı rıçaqlardan istifadə edəcəyi və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görüləcəyi ilə bağlı sualına cavabında deyib.