Şəmkirdə yaşayış yerini tərk edən COVID-19 xəstəsinə cinayət işi açılıb
13.01.2022 [10:22]
Xəbərin mətni
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mənsur Qocayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi aşkarlanıb.