Tovuz Təcrübə Stansiyasında yerli kartof sortları yetişdirilir
13.01.2022 [11:19]
Xəbərin mətni
Tovuzda yerləşən Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Təcrübə Stansiyasının əkin sahələrində yerli kartof sortlarının toxumları yetişdirilir. Həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, 1963-cü ildən fəaliyyətə başlayan Tovuz Təcrübə Stansiyasının 60 hektar sahəsində kartof becərilir. Onun 30 hektarı dəmyə şəraitində, dağlıq ərazidə olan Sarıtala sahəsində, 30 hektarı isə aran hissədə yerləşir. Stansiyanın əsas məşğuliyyət istiqaməti kartofun yeni sortlarının yaradılması və onun toxumçuluğunun artırılmasıdır.