Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyəzəndə şanlı Qələbənin şərəfinə “Dəmir yumruq” abidəsi ucaldılır

13.01.2022 [12:10]

Xəbərin mətni

Siyəzən şəhərində Vətən müharibəsində qazanılan şanlı Qələbənin şərəfinə “Dəmir yumruq” abidəsi ucaldılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən abidə kompleksi 180 kvadratmetr ərazini əhatə edir. “Dəmir yumruq” abidəsinin inşasına ötən ilin sentyabr ayından başlanılıb. Tikinti işlərinin 70 faizi artıq yekunlaşıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI