Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllıda ev yanıb, bir nəfər ölüb

13.01.2022 [13:05]

Xəbərin mətni

Yanğın ötən gecə saat 12 radələrində rayonun Quşencə kəndində baş verib. Belə ki, kənd sakini Sovetxan Muradəliyevə məxsus ikimərtəbəli evdə yanğın olub. Ümumi sahəsi 320 kvadratmetr olan 5 otaqlı, aynabəndli evdə yanar konstruksiyalar və dam örtüyü tamamilə yanıb. Hadisə yerinə FHN-nin İsmayıllı rayon yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və 17 əməkdaşı cəlb olunub. Alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın yerindən 1943-cü il təvəllüdlü Ruhəngiz Yunis qızı Muradəliyevanın cəsədi tapılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI