Qubada oğurluq edən dörd nəfər saxlanılıb
13.01.2022 [15:21]
Xəbərin mətni
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq edən şəxsləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Samir İslamov, eləcə də Xaçmaz rayon sakinləri Məhsim Şəfiyev, Bəxtiyar Bağırov və Tofiq Zeynalov saxlanılıblar.