Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ilin ilk 10 günü ərzində 127 kq narkotik dövriyyədən çıxarılıb, 31 nəfər həbs edilib

14.01.2022 [09:59]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk 10 günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 31 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 127 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 1821 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən ilk tədbir zamanı Beyləqan rayon sakinləri əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar. Bu şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 2 ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və 1480 ədəd satışı qadağan edilən psixotrop tərkibli preqabalin həbi aşkar olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI