CƏMİYYƏT


Şahdağda hidrometeoroloqların işlədiyi ərazidən reportaj

Şahdağ Milli Parkının yüksək dağlıq ərazisində yerləşən Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi dəniz səviyyəsindən təxminən 2800 metr yüksəklikdə fəaliyyət göstərir. Mütəxəssislər burada il boyu iqlim dəyişikliklərini müşahidə edir, tədqiqatlar aparırlar.AZƏRTAC azərbaycanlı peşəkar fotoqraf Lyokinin Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yerləşdiyi ərazidən çəkdiyi gözoxşayan mənzərələri təqdim edir.