CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın baş keşişi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın baş keşişi (vikari), Müqəddəs Pyotr Kilsəsinin rəhbəri kardinal Mauro Qambetti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, kardinal Mauro Qambetti QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Vatikan ilə Azərbaycan arasında yüksək əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, bu əlaqələrin uğurla inkişaf etdiyini deyib.