Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şeyxülislam Allahşükür Paşazadə Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda və Romada bərpa olunan abidələri ziyarət edib

14.01.2022 [15:06]

Xəbərin mətni

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Fondunun iştirakı ilə Vatikanda və Romada bərpa olunan abidələri ziyarət edib.
AZƏRTAC xəbər verir ki, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Pyotr bazilikası və burada dünyaşöhrətli italyan heykəltəraş Mikelancelonun bərpa edilən əsəri ilə tanış olub.