CƏMİYYƏT


Şeyxülislam Allahşükür Paşazadə Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın Dinlərarası Dialoq üzrə Pontifik Şurasının prezidenti, kardinal Migel Anhel Ayuso Giksot ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Müqəddəs Tax-Tac arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən, xüsusilə də Vatikanın Cənubi Qafqazdakı vəziyyətlə bağlı həmişə tarazlı mövqe tutduğundan məmnun olduğunu bildirib.