Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçu rayonunda narkokuryerliklə məşğul olan “bloger” saxlanılıb

14.01.2022 [18:14]

Xəbərin mətni

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zabrat qəsəbəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Abşeron rayon sakini Röyal Yusibov saxlanılıb. Onun üzərinə və əlindəki bağlamaya baxış zamanı 3 kiloqramdan artıq marixuana və 515 qram yüksək təsiredici xassəyə malik heroin aşkar edilib. Bu şəxs ifadəsində “İnstagram” sosial şəbəkəsində blogerliklə məşğul olduğunu və orada xarici ölkələrdən birinin vətəndaşı ilə tanış olaraq onun vasitəçiliyi ilə narkokuryerliyə cəlb edildiyini bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI