Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

16.01.2022 [13:21]

Xəbərin mətni

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətini səmimi salamlayan kardinal Pietro Parolin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda mədəniyyətlərarası dialoqun, multikulturalizmin, həmçinin bütün dinlərə münasibətin yüksək səviyyədə olduğunu, müsəlmanlar, xristianlar və yəhudilər arasında harmoniyanın möhkəmləndiyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI