Adı kimi dadı olan konfet ağacı
17.01.2022 [16:57]
Xəbərin mətni
Digər meyvələrdən fərqli olaraq konfet ağacının meyvələri dərilməklə yığılmır. Məhsulun yığımı üçün qış aylarında havanın bir qədər şaxtalı olması vacibdir. Bu zaman meyvələr ağacın ətrafına tökülür və yerdə olan məhsullar bir-bir toplanır. Göyçayda 3 belə ağac var, yaşları isə 80-dən çoxdur.
AZƏRTAC xəbər verir ki, konfet ağacının toxumları 1936-cı ildə Çindən Azərbaycana gətirilib. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Göyçay dayaq məntəqəsində əkilib.