Qubada paxlavadan çox sevilən şirniyyat hansıdır?
18.01.2022 [14:19]
Xəbərin mətni
Qubada hazırlanan şirniyyatlar arasında paxlava daha məşhur olsa da, bükməni seçənlər də az deyil.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bükmə qubalıların daha çox üstünlük verdiyi şirniyyatlardandır. Quba bükməsi və paxlavası çay süfrələrinin əsas bəzəyidir. Rayona gələn qonaqlara adətən bu şirniyyatlar təqdim olunur.