Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında quru budama işləri aparırlar
18.01.2022 [16:34]
Xəbərin mətni
Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında quru budama işləri aparır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər.