Kiyevdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
19.01.2022 [19:21]
Xəbərin mətni
Azərbaycanın Ukraynadakı səfirliyində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, səfirliyimizin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan diasporunun nümayəndələri, ictimai-siyasi xadimlər, tələbələr iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.