"TRT Haber"20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıb
20.01.2022 [12:45]
Xəbərin mətni
Türkiyənin "TRT Haber" 20 Yanvar faciəsi ilə bağlı videoçarx hazırlayıb.AZƏRTAC xəbər verir ki, "Azərbaycanın qanlı günü: Qara yanvar" adlı videoçarxda 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş verən hadisələr öz əksini tapıb.Videoda Azərbaycanın müstəqillik yolunda çox qurban verdiyi, bu yolda ən ağrılı günlərdən birinin də 1990-cı il yanvarın 20-də meydana gəldiyi bildirilir. O gün sovet ordusunun tanklarla Bakıya daxil olaraq dinc əhalinu qətlə yetirməsi haqqında məlumat verilir.