CƏMİYYƏT


Türkiyəli yazıçı Uludağ zirvəsində 20 Yanvarla bağlı Azərbaycanla həmrəyliyini nümayiş etdirib

Türkiyəli yazıçı-publisist, tərcüməçi Mətin Yıldırın 20 Yanvar faciəsi ilə əlaqədar əzəmətli Bursa vilayətinin Uludağ zirvəsində Azərbaycanla həmrəyliyini nümayiş etdirib.Yazıçı AZƏRTAC-a bildirib ki, Uludağ Xizək Mərkəzində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını birgə dalğalandıraraq sosial şəbəkə üzərindən etdiyi paylaşım etdiyi videomüraciətlə hər kəsi 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanla həmrəyliyə dəvət edib. Şəhidlərimizin ruhuna dualar oxuyub.