Xəzər rayonunda oğurluq dəmir barmaqlıqları alan metal qəbulu məntəqəsinin sahibi istintaqa cəlb edilib
20.01.2022 [13:56]
Xəbərin mətni
Xəzər rayonunda Buzovna-Zaqulba yolunun kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 136 ədəd dəmir barmaqlığın oğurlanması ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən 5-dək olan müddətdə baş verən oğurluq hadisəsi barədə müvafiq dövlət qurumundan polisə daxil olan şikayətdə yol infrastrukturuna ümumilikdə 18 min manata yaxın maddi ziyan dəydiyi qeyd edilib.