CƏMİYYƏT


Güclü qar Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətini iflic edib

Dayanmadan yağan qar səbəbindən Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qarlı və dumanlı hava şəraiti İsmayıllı-Muğanlı yolunda həm də qəzalara səbəb olub.
Avtomobillər əzilsə də xoşbəxtlikdən sürücü və sərnişinlər ciddi xəsarət almayıb. Ərazidə 100-dən çox avtomobil yollarda qalıb, insanlar piyada getməli olurlar.