SİYASƏT


Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla anır

Vətən uğrunda canından keçmiş oğul və qızlarımızın qəhrəmanlığı unudulmur. Dövlət müstəqilliyimizin bərpası üçün, ilk növbədə, 20 Yanvar şəhidlərinə borcluyuq.Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara axışan dinc insanlara 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Heç bir xəbərdarlıq edilmədən Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən Sovet ordu hissələri 147 nəfəri amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır