Şamaxıya yağan güclü qar səbəbindən avtomobillər yolda qalıb
20.01.2022 [18:02]
Bu gün səhər saatlarından Ağsu,İsmayıllı eləcə də Şamaxıya yağan güclü qar səbəbindən avtomobillər yolda qalıb.Yola qum və duz səpildikdən sonra sürücülər yollarına davam edə biliblər. Güclü qar Muğanlı-İsmayıllı, eləcə də Bakı Şamaxı Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində nəqliyyatın hərəkətini iflic edib.Yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti dayanıb.