Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeron, Salyan və Kürdəmirdə 50-dən artıq xırdabuynuzlu heyvan oğurlayan 3 nəfər saxlanılıb

21.01.2022 [11:00]

Xəbərin mətni

Abşeron rayonu Qobustan kənd sakini olan bir nəfər Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək ötən ilin dekabr ayının 30-da evinin həyətindəki tövlədən ona məxsus 23 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib. Məlumat daxil olan kimi oğurluq edən şəxslərin axtarışlarına başlanılıb. Qobu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar. Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI