CƏMİYYƏT


Bakıda polisin üstünə idarə etdiyi avtomobili sürərək qaçmaq istəyən narkotacir saxlanılıb

Yanvarın 20-də paytaxtın Binəqədi rayonunda əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunan Lənkəran şəhər sakini, 41 yaşlı Vüsal Hüseynov “Daewoo” markalı avtomobillə narkotik daşıdığı barədə polisə məlumat daxil olub. Məlumatla əlaqədar Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbir zamanı şübhəli şəxs avtomobili polis əməkdaşlarının üzərinə sürərək, qaçmağa cəhd edib. Ancaq onun qaçmaq cəhdinin qarşısı polislər tərəfindən alınıb.