Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

22.01.2022 [15:27]

Xəbərin mətni

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Ankarada anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa Konfrans Mərkəzində keçirilən mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.