CƏMİYYƏT


Nəsimi rayonunda 2 narkotacir və onların narkokuryerliyə cəlb etdikləri daha 4 nəfər saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun “Kubinka”, “Papanin”, həmçinin digər ərazilərində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Rəvan İbrahimov və Ramal Rəcəbov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunub.
Rəvan İbrahimov və Ramal Rəcəbovun ətraflarında aparılan araşdırmalar zamanı onların paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirdikləri və bu məqsədlə ətraflarına narkokueyerlər cəlb etdikləri müəyyən edilib. İdarə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı narkokuryerliyə cəlb olunan daha 4 nəfər - Ramil Bayramov, Kamran Əliyev, Anar Əliyev və Rauf Cavadov da saxlanılaraq istintaqa təqdim ediliblər.