Vətən müharibəsi şəhidi Şəmsəddin Vəliyevin ad günündə xatirəsi anılıb
22.01.2022 [18:05]
Xəbərin mətni
Vətən müharibəsi şəhidi Şəmsəddin Vəliyevin ad günündə xatirəsi anılıb. Şəmsəddin hələ ömrünün 19-cu ilində canını Vətən üçün fəda etdi. Yaşasaydı, ömrünün 22-ci baharına qovuşacaqdı. Lakin o, Vətəni üçün şəhid olaraq qəhrəmanlıq dastanına çevrildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vəliyev Şəmsəddin Aqil oğlu 2001-ci il yanvar ayının 22-də Sabirabadın Dadaşbəyli kəndində dünyaya göz açıb.