Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səbail rayonunda narkotacir və mobil telefonları oğurlayan şəxslər saxlanılıblar

24.01.2022 [16:00]

Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
Paytaxt sakini olan “Samir” adlı şəxsin narkotiklərin satışını həyata keçirdiyi barədə Polis Bölməsinə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs - Samir Qurbanov tutularaq 9-cu Polis Bölməsinə gətirilib. Onun üzərinə baxış zamanı 5 qrama yaxın heroin aşkar olunub. Həmin şəxs ifadəsində yaşadığı evin yaxınlığında zirzəmidə külli miqdarda narkotik vasitə gizlətdiyini də bildirib. Qeyd edilən yerə baxış zamanı Samir Qurbanova məxsus əlavə 3 kiloqram 20 qam heroin aşkar edilərək götürülüb. O, ifadəsində narkotik vasitələri ölkə ərazinə qaçaqmalçılıq yolu ilə göndərən xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI