Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb

25.01.2022 [12:37]

Xəbərin mətni

Abşeron rayonu Saray qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Zərərçəkən Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu şikayətlərlə Polis Bölməsinə müraciət edən Saray qəsəbəsində yaşayan daha 10-a yaxın sakinin ərizəsi qeydə alınıb. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Quliyev qısa zamanda saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Nicat Quliyev evlərdən oğurladığı əşyaları paytaxtın Sabunçu rayonunda satdığını bildirib. Polis Bölməsində araşdırma aparılan zaman onun Saray qəsəbəsində 16 evdən oğurluq etdiyi müəyyən edilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI