CƏMİYYƏT


Şəhid anası: Niyaməddin Vətəni məndən də çox istəyirmiş

Müharibənin başlanmasına elə sevinirdi ki. Son dəfə evdən çıxanda mənimlə görüşmədi. Dedi gedib torpaqlarımızı alıb qayıdacağıq. Deyirdi hər oğula qismət deyil döyüşmək, şəhid olmaq. O, dünyanın ən xoşbəxt insanıdır ki, torpaq uğrunda şəhid oldu. Qardaşına dedi ki, sən getmə, sənin ailən, övladın var, mən subayam, qoy mən gedim. Sənin də yerinə mən döyüşəcəyəm.AZƏRTAC xəbər verir ki, bunu Vətən müharibəsi şəhidi Niyaməddin Məhərrəmovun anası Elmira Məhərrəmova deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır