DÜNYA
Gürcüstanda koronavirusa sutkalıq yoluxmada yeni antirekord qeydə alınıb
26.01.2022 [12:40]
Xəbərin mətni
Gürcüstanda koronavirus tüğyan edir. Son sutka ölkədə daha 17 530 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Bu da koronavirusun Gürcüstanda qeydə alındığı ilk gündən bu günədək ən yüksək göstəricidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.