CƏMİYYƏT


Sumqayıtda məktəbliyə tütün məmulatı satan şəxs inzibati qaydada cərimə edilib

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Növbəti tədbir Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı şəhər ərazisində fəaliyyət göstərən köşklərdən birinin satıcısı Nahid Pirməmmədovun məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub. Aşkar edilən faktla bağlı həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır