CƏMİYYƏT


Ata övladının ilk ad günündə yox idi...

Dövlət Himni səslənir. Məclis iştirakçıları Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Anar Nağıyevin şəkilləri ilə bəzədilmiş salona daxil olan Gülnar xanımı qızı Anara ilə birlikdə alqışlayırlar. Hamı ayaq üstə qalxır. Sonra bir dəqiqəlik sükutla mərhum döyüşçünün və torpaqlarımızın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşanların xatirəsi yad edilir.AZƏRTAC xəbər verir ki, bu mənzərə Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Anar Nağıyevin qızı Anaranın 1 yaşı tamam olması münasibətilə təşkil edilən mərasimdə yaşanıb.