Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı

27.01.2022 [11:53]

Xəbərin mətni

Xızı Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evin qapısının sındırılaraq oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI