DÜNYA
Rumıniyada beş yaşından yuxarı uşaqların koronavirusa qarşı peyvənd edilməsinə başlanılıb
27.01.2022 [14:41]
Xəbərin mətni
Rumıniyada beş yaşdan on bir yaşa qədər uşaqların koronavirusa qarşı peyvənd edilməsinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, peyvəndləmə ancaq valideynlərin razılığı ilə və təyinat əsasında aparılır. Ölkədə “Pfizer” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış xüsusi uşaq peyvəndi “Comirnaty”dən istifadə edirlər.