Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik vasitələr və pulemyot satmaq istəyən şəxslərə qarşı əməliyyatlar keçirilib

27.01.2022 [17:34]

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən 5 büküm ümümi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI