Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

NASA-nın Qrenlandiyadakı missiyası sona çatıb

28.01.2022 [13:59]

NASA-nın Qrenlandiyada altı il davam edən missiyası sona çatıb. OMG abbreviaturalı bu missiyanın araşdırmaları nəticəsində üzə çıxan faktlardan biri okean sularının Qrenlandiya buzlaqlarını ən azı isti hava qədər əritməsidir. Elm adamları hesab edirlər ki, bu nəticə yaxın onillik üçün buzlaqların əriməsi istiqamətində inqilabi tapıntıdır.