Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Türkiyə Daxili İşlər Nazirliyi arasında anlaşma memorandumu imzalanıb

28.01.2022 [19:43]

Xəbərin mətni

Yanvarın 28-də Ankarada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyi ilə Türkiyə Daxili İşlər Nazirliyi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu agentliyin icraçı direktoru Aygün Əliyeva və Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıblar.