CƏMİYYƏT


Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur

İşğaldan azad olunan Ağdam rayonunda genişmiqyaslı mina təmizləmə işləri aparılır. Keçən il 8200 hektar sahədən çox ərazi Ağdam rayonunda minalardan və partlamamış hərbi sursatlardan tam təmizlənib. Bu il üçün biz rayonda təxminən 9400 hektar ərazinin təmizlənməsini planlaşdırırıq.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.