Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yüz yaşlı Fatma nənə uzunömürlülüyün sirrindən danışdı

29.01.2022 [13:15]

Xəbərin mətni

Fatma Əhmədova Quba rayonunda yaşı 100-ü ötən yeganə sakindir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fatma Əhmədova 1922-ci il yanvar ayının 3-ü rayonun Növdün kəndində anadan olub. Ailə qurduqdan sonra Şuduq kəndində yaşayıb. Hazırda isə Qubanın rayon mərkəzində qızının evində qalır.
100 yaşlı Fatma nənənin 9 övladı, 57 nəvəsi, 63 nəticəsi və 2 kötücəsi var.