Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb

30.01.2022 [12:41]

Xəbərin mətni

Yanvarın 30-da “Rossiya 24” telekanalında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan Prezidenti İlham Əliyevin 60 illiyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişi yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Hakimiyyət formulu” verilişinin daimi aparıcısı, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman verilişi Prezident İlham Əliyevin Azərbaycanın inkişaf planlarını bölüşdüyü on il əvvələ aid kadrlarla açıb.