DÜNYA


Türkiyədə “Eren Qış-17” antiterror əməliyyatlarına başlanılıb

Türkiyənin Muş rayonunda “Eren Qış-17” (Eren Kış-17 Şehit Jandarma Üsteğmen İsmail Moray Operasyonu) antiterror əməliyyatına başlanılıb.
AZƏRTAC xəbər verir ki, əməliyyat terrorçuları “axtar, tap, yox et” taktikası ilə zərərsizləşdirmək, hücumlara hər cür hazırlıqlarını boşa çıxarmaq və bölgədə dinclik mühitini gücləndirmək məqsədi daşıyır.